featured-image-5816

“Qəbələ”nin keçmiş futbolçusu Ceyms Adeniyi karyerasını Türkiyədə davam etdirəcək.

Msport.az xəbər verir ki, nigeriyalı hücumçu 1-ci Liqa təmsilçisi “Tuzlaspor”la anlaşıb.

29 yaşlı forvardla bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ceyms Adeniyi 2018/2019 və 2020/2021 mövsümlərində “Qəbələ”də çıxış edib. O, ötən mövsümü İsrailin “Makkabi” (Petax-Tıkva) klubunda keçirib.

Bənzər xəbərlər