Şahruddin tənqidlərə cavab verdi
Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ünvanına yönələn tənqidlərə cavab verib.
Msport.az xəbər verir ki, o, İnstaqram hesabında paylaşım edib. 31 yaşlı futbolçu Azərbaycan dilində səlis danışmaması fonunda sosial şəbəkələrdə tənqid olunmuşdu.
“Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır” – Məhəmmədəliyev belə yazıb.
Xatırladaq ki, Dağıstanda doğulan Məhəmmədəliyev 2013-cü ildən Azərbaycanda oynayır. O, əvvəlcə Azərbaycanın U-21, sonra isə əsas millisinə cəlb olunub.







