Şahrudin Məhəmmədəliyev baş məşqçisiz qaldı
Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin şərəfini qoruduğu “Adana Dəmirspor” baş məşqçisi Patrik Klyuvertlə vidalaşıb.
Msport.az “Ajansspor”a istinadən xəbər verir ki, klub 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Komanda XIV turda evdə “Samsunspor”a 2:3 hesabı ilə uduzub. Bu matçda qapını Şahrudin Məhəmmədəliyev qoruyub.
Qeyd edək ki, “Adana Dəmirspor” iyunun 30-da Klyuvertlə 2 illik müqavilə imzalamışdı.







