featured-image-2542

Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tukums 2000” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 1:0 hesablı qələbəyə sevinib.

Şakir də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqəsində meydana buraxılıb. Asim isə sonadək ehtiyatda qalıb.

“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb.

“Dauqavpils” 10 turdan sonra 15 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər