featured-image-2683

“Liverpul”in hücumçusu Muhammed Salah komandasının Çempionlar Liqasında finala çıxmasını şərh edib.

Msport.az BBC-yə istinadən xəbər verir ki, misirli hücumçu finalda qarşılaşmaq istədiyi rəqibin adını da çəkib:

“Finalda olmaq əladır. Beş ildə üçüncü dəfə – bu, inanılmazdır. Hamımız sevincliyik. Birinci hissə ağır keçdi. Ancaq fasilədə məşqçi paltardəyişmə otağında bizimlə danışdı. Biz ən yaxşı komandayıq, ona görə də ilk yarıda 2 qol buraxdıqdan sonra cavab zərbəsi vura bilərik.

Bütün mükafatlar uğrunda mübarizə aparırıq. Artıq bir titul qazanmışıq, indi başqa finala da çıxdıq, həm də Premyer Liqada mübarizəni davam etdiririk. Səylə məşq edirəm və tez bərpa olunmağa çalışıram. Nə istədiyimi bilirəm və ümid edirəm ki, onu əldə edəcəm.

Finalda “Real”a qarşı oynamaq istəyirəm. Amma “Mançester Siti” də çox güclü komandadır”.

Bənzər xəbərlər