featured-image-2411

Muhammed Salah İngiltərədə jurnalistlərin versiyasına əsasən ilin futbolçusu seçilib. Msport.az xəbər verir ki, “Liverpul”un hücumçusu 48 faiz səs toplayaraq “Mançester Siti”dən Kevin de Brüyneni və “Vest Hem”dən Deklan Raysı qabaqlayıb.

Misirli forvard ikinci dəfədir ki, bu mükafatı qazanır. O, ilk dəfə 2018-ci ildə analoji mükafatın sahibi olmuşdu.

Salah İngiltərə Premyer Liqasında cari mövsümdə 31 oyunda 22 qol vurub və 13 məhsuldar ötürmə verib.

Futbol Jurnalistləri Assosiyasiyası “Çelsi”nin üzvü Sem Kerri ilin ən yaxşı qadın futbolçusu seçib.

 

Bənzər xəbərlər