Salah “Liverpul” tarixində 3-cü oldu
“Liverpul”un futbolçusu Məhəmməd Salah klubun əfsanəsi Qordon Hocsonu geridə qoyaraq klub tarixində ən çox qol vuran üçüncü futbolçu olub.
Msport.az xəbər verir ki, misirli hücumçu siyahının ilk “20-liy”ində olan yeganə aktiv oyunçudur.
Salahın hazırda aktivində 243 qol var. İlk pillədə İan Raş (346 qol), 2-ci yerdə isə Roceer Hantın (285) qərarlaşıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu bu mövsüm “Liverpul”da 10 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.