featured-image-6228

Misir milli komandasının sabiq baş məşqçisi Hassan Şehata Muhammed Salahın yığmadakı oyununu tənqid edib.

Msport.az “Goal.com”a istinadən xəbər verir ki, mütəxəssis “Liverpul”un hücumçusunun millidə çıxış edərkən daha çox çalışmalı olduğunu deyib:

“Bunu demək mənim üçün xoş deyil. Ancaq Muhammed Salah texniki baxımdan millidə heç nə ilə yadda qalmayıb.  O, özünü daha yaxşı göstərməli idi. Salah öz ölkəsi üçün oynayanda daha çox çalışmalıdır.

O, yerli futbol federasiyasının rəsmilərinə deməlidir ki, burdakı futbolçular İngiltərədəki kimi deyil. Hərçənd yığmaya oyunçuları Salah çağırmır. Bundan sonra məşqçilər onun üçün meydanda boş sahələr tapmalı idilər.

Biz elə oyunçular tapmalıyıq ki, Salaha daha yaxşı çıxış etməyə kömək olsunlar”.

Qeyd edək ki, Hassan Şehata 2004-2011-ci illərdə Misir yığmasında işləyib.

Bənzər xəbərlər