Salah yenidən “Liverpul”a qayıda bilər
Muhammed Salah “Liverpul”da qala bilər.
Msport.az xəbər verir ki, bunun üçün klub rəhbərliyi misirli futbolçu ilə əlaqə saxlamalıdır.
Arne Slotun baş məşqçi postundan istefaya göndərilməsi hücumçunun qərarına təsir göstərə bilər.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 38-ci turunun oyunundan sonra Salah azarkeşlərlə və komanda yoldaşları ilə vidalaşmışdı.
Baş məşqçi postunda dəyişiklik edilməsi yenidən 33 yaşlı forvardın doğma kluba qayıtması ilə nəticələnə bilər.







