Salahın əvəzləyicisi üçün 100 milyonluq təklif
“Liverpul” “Portu”nun cinah hücumçusu Vilyam Qomesi transfer etmək imkanını nəzərdən keçirir.
Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi bu yaxınlarda Bredli Barkolanı heyətinə qatmasına baxmayaraq, 20 yaşlı braziliyalını Məhəmməd Salahın potensial varisi kimi görür.
Qomesin müqaviləsi 2031-ci ilin yayınadək uzadılandan sonra onun sərbəstqalma məbləği 80 milyon avrodan 100 milyon avroya yüksəlib. Lakin yüksək qiymət “Liverpul”u gənc hücumçuya marağından daşındırmayıb.
Braziliyalı cari mövsümdə bütün turnirlərdə on oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.







