Salahın “Liverpul” karyerası bitdi
“Liverpul”un futbolçusu Məhəmməd Salah üçün mövsüm erkən başa çatıb.
Msport.az xəbər verir ki, misirli hücumçu Premyer Liqanın son turunda “Kristal Pelas”la oyunda bud əzələsindən zədə alıb.
Onun təxminən 4 həftə sonra meydana qayıdacağı bildirilib. “Liverpul”un isə Premyer Liqada 4 oyunu qalıb. Bu isə o deməkdir ki, mövsümün sonunda “Liverpul”dan ayrılacaq 33 yaşlı oyunçunun “qırmızılar”dakı karyerası sona çatıb.
Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 39 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.







