Salahlı “Trabzonspor” macarlara uduzdu
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilir.
Msport.az xəbər verir ki, Muhammed Salahı transfer edən “Trabzonspor”öz meydanında “Ferentsvaroş”la qarşılaşıb.
Türkiyə klubu Macarıstan təmsilçisinə 0:1 hesabı ilə uduzub. Misirli ulduz futbolçu start heyətində meydana çıxıb. Salah hələ ki “Trabzonspor”da qol hesabını aça bilməyib.
“Beşiktaş” doğma meydanda “Kauno Jalgiris”ə 3:0 hesabı ilə qalib gəlib.
20 avqust
Avropa Liqasının pley-off mərhələsi, ilk oyunlar
“Beşiktaş” (Türkiyə) – “Kauno Jalgiris” (Litva) – 3:0
Qollar: Oh Hyeon-Gyu, 6, M.Murillo, 12, O.Kökçü, 59-pen.
“Trabzonspor” (Türkiyə) – “Ferentsvaroş” (Macarıstan) – 0:1
Qol: K. Zaxariassen, 17
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşmaları avqustun 27-də keçiriləcək







