Salifu Suma yenə klubu dəyişdi - RƏSMİ
“Zirə”nin sabiq futbolçusu Salifu Suma yenidən klubunu dəyişib.
Msport.az xəbər verir ki, İsveçin “Malmö” klubu vingeri icarəyə verib.
Qvineyalı oyunçu bu dəfə Yunanıstanda – “Panetolikos”da çıxış edəcək.
İcarə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
22 yaşlı futbolçu 2023-2025-ci illərdə “Zirə”nin formasını geyinib. O, 2025-ci ilin yayında 1.3 milyon avro qarşılığında “Malmö”yə transfer edilmişdi.
Suma ötən mövsümün ikinci hissəsini icarə əsasında Polşanın “Radomiak” klubunda keçirib.







