featured-image-3050

Almaniyanın ikinci Bundesliqasında mövsümün çempionu müəyyənləşib.

Msport.az xəbər verir ki, yarışın qalibi “Şalke” olub.

Sözügedən komanda buna 33-cü turda “Sankt Pauli”yə qalib gəlməklə (3:2) imza atıb. “Şalke” bununla da sona 1 tur qalmış xallarının sayını 62-yə çatdırıb və ən yaxın izləyicisi “Hamburq”u 5 xal qabaqlayıb. Gelzenkirxen təmsilçisi çempionluqla yanaşı, növbəti mövsüm üçün əsas Bundesliqaya vəsiqə də qazanıb.

Xatırladaq ki, “Şalke” ötən mövsüm Bundesliqadan aşağı liqaya yuvarlanmışdı.

Bənzər xəbərlər