“Şamaxı”da daha 3 ayrılıq
Birinci liqada çıxış edən “Şamaxı” daha 3 məşqçi ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov komandadan ayrılmaq istədiklərini bildiriblər.
Hər üç məşqçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, “Şamaxı” daha əvvəl baş məşqçi Vüqar Əsgərli ilə vidalaşıb.







