featured-image-72138

“Şamaxı”nın qış hazırlıq planı müəyyənləşib.

Msport.az xəbər verir ki, Premyer Liqa klubu qışda ölkəni tərk etməyəcək.

Yayda olduğu kimi, hazırlığını Azərbaycanda keçəcək komanda toplanışa yeni ilin ilk günlərində start verəcək. Qış fasiləsi ərəfəsində son oyununu dekabrın 21-də (16-cı tur) “Araz-Naxçıvan”a qarşı keçirəcək komandaya iki həftəlik istirahət veriləcək. Ayxan Abbasov yetirmələrini yanvarın 4-də bir araya gətirərək hazırlığa başlayacaq.

Bölgə təmsilçisi hazırlıq zamanı 3-4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.

Bənzər xəbərlər