featured-image-70361

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulacaq. 

Msport.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.

“Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Təhlükəli zonada olan meydan sahiblərinə qələbə lazımdır. Lakin komandanın əsas hücumçularından biri Prins Ovusu cəzalı olduğundan meydana çıxa bilməyəcək.

Digər görüşdə Sabah” Şamaxıda “Karvan-Yevlax”ın qonağı olacaq. Yevlax klubu hazırda 5 xalla turnir cədvəlində 10-cudur. 1 oyun az keçirən “Sabah” isə 8 xalla 6-cı pillədə qərarlaşıb.

Bu oyunlardan sonra milli komandamızın matçları ilə əlaqədar Premyer Liqada oktyabrın 17-dək fasilə yaranacaq.

5 oktyabr

15:00. “Karvan-Yevlax” – “Sabah”
Hakimlər: 
Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Şamaxı şəhər stadionu

17:30. “Qəbələ” – “Şamaxı”
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

3 oktyabr

“Zirə” – “Neftçi” – 2:2

“Araz-Naxçıvan” – “İmişli” – 2:0

4 oktyabr

“Sumqayıt” – “Turan Tovuz”- 0:3

“Qarabağ” – “Kəpəz” – 1:0

Bənzər xəbərlər