“Şamaxı” “Sabah”ı büdrətdi
Azərbaycan Premyer Liqasının XII turunda daha bir matç keçirilib.
Msport.az xəbər verir ki, “Sabah” evdə “Şamaxı” ilə üz-üzə gəlib.
“Bank Respublika Arena”da baş tutan görüş qolsuz bərabərliklə nəticələnib – 0:0. Bu nəticədən sonra “Sabah” 22 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 14 xala malik bölgə təmsilçisi isə səkkizincidir.
Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində “Kəpəz” “Karvan-Yevlax”ı (2:1), “Qarabağ” “Sumqayıt”ı (4:2), “Zirə” “Qəbələ”ni (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşü isə heç-heçə nəticələnib – 1:1.







