featured-image-62319

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Msport.az xəbər verir ki, açılış oyununda “Səbail” doğma meydanda “Şamaxı”nı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 41-ci dəqiqədə Vasiliye Bakiç və 63-cü dəqiqədə Andrey Tirkoveanu vurublar.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Şamaxı” 7-ci pilləyə yüksəlib. “Səbail” isə 18 xalla sonuncu – 10-cu sırada qalıb.

Günün son oyununda “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, XXV turun digər görüşləri martın 5-6-da keçiriləcək.

Bənzər xəbərlər