featured-image-72172

AFFA Gənclər Liqasında çıxış edən “Şamaxı” komandasına texniki məğlubiyyət verilib.

Msport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi “Qarabağ”la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.

Bundan əlavə, U-13 Liqasında “Sumqayıt City” də texniki məğlubiyyət alıb. “Gənclik şəhəri” təmsilçisi “Məhəllə Uşaqları” ilə matçda təyin olunan vaxtda meydanda olmayıb. Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bənzər xəbərlər