featured-image-39765

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIII turundakı “Neftçi” – “Sumqayıt” matçında baş verənlərə hüququ qiymət verib.

Msport.az qurumun qərarlarını təqdim edir:

1. “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir.
2. “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir

3. “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun, həmçinin 19.09.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanır, “Sumqayıt” klubu 1000 manat cərimə edilir

4. “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir

Qeyd edək ki, qarşılaşma “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə bitib.

Bənzər xəbərlər