Sançes PSJ-yə qayıdır, lakin…
Yarımmüdafiəçi Renatu Sançeş “Panatinaikos”da icarə müddəti bitdikdən sonra tezliklə PSJ-yə qayıdacaq.
Msport.az xəbər verir ki, Yunanıstan klubu oyunçunun transfer seçimini aktivləşdirməyi planlaşdırmır.
Ona görə də 28 yaşlı yarımmüdafiəçi yenidən Parisə dönəcək. Lakin PSJ də Sançeşə ümid bəsləmir. Baş məşqçi Luis Enrike portuqaliyalı mütəxəssisi növbəti mövsüm üçün planlarında görmür. Bu üzdən klub onu bu yay transferə çıxarmaq niyyətindədir.
Renatu Sançeş 2025/26 mövsümündə “Panatinaikos”da 24 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.







