featured-image-2220

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə məğlubiyyəti (3:4) şərh edib. Msport.az xəbər verir ki, italiyalı mütəxəssis yaxşı müdafiə olunmadıqlarını deyib:

“İlk oyun bizim üçün heç də ən yaxşı hesabla başa çatmadı. Dörd qol buraxdıq, istənilən kimi müdafiə oluna bilmədik. Bu nəticə cütün taleyini həll edə bilər. “Mançester Siti” güclü rəqibdir və bu gün bunu sübut etdilər. Ancaq biz də rəqabət apara bildik. Yaxşı müdafiə finala çıxmaq üçün açar olacaq.

Dörd müdafiəçi ilə zonanı bağlamaq olmaz, yarımmüdafiəçilərin köməyi lazımdır. Biz fərdi mübarizələri də uduzduq. Buna görə də daha diqqətli olmalıyıq.

Bizim qol epizodlarımız oldu, ancaq topsuz qalanda vəziyyət ağırlaşırdı. Ancaq özünəinamı saxlamaq lazımdır.

Benzemanın penaltisinə gəlincə, bizim heç ağlımızdan keçmirdi ki, zərbəni yerinə yetirəni dəyişək. Kərimə inanırıq. O, başqa cür vurdu. Benzemanın sağ küncə vurmasını gözləyirlər, bu dəfə ortaya göndərdi topu. Cavab oyununda “Santyaqo Bernabeu”nun sehrinə inanırıq.

“Mançester Siti” çox yaxşı oynayır. İşin pis tərəfi odur ki, biz 4 qol buraxdıq, yaxşı tərəfi odur ki, 3 qol vurduq.

 

Bənzər xəbərlər