Sarri “Latsio”nu “Atalanta”ya dəyişir
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri mövsümün sonunda klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, “Atalanta” rəhbərləri 67 yaşlı mütəxəssislə müqavilə imzalamaqda maraqlıdırlar.
İstefası gündəmdə olan Raffaele Palladinonun yerinə əsas namizəd məhz Sarridir. Mauritsio ötən ilin iyun ayından bəri “qartallar”ı çalışdırır. Tərəflər arasında hazırki müqavilənin müddəti 2027-ci ilin yayında başa çatır.
“Latsio” cari A Seriyasının turnir cədvəlində 9-cu, Berqamo təmsilçisi isə 7-ci yerdədir.







