featured-image-4396

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri müqaviləsinin müddətini uzadıb.

Msport.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, yeni anlaşma 2025-ci ilə qədər nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Sarri 2021-ci ilin iyunundan paytaxt klubuna rəhbərlik edir. 63 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulmuşdu.

“Latsio” son mövsümdə A seriyasında 5-ci yeri tutub.

 

Bənzər xəbərlər