Sarrinin yeni klubu məlum oldu - RƏSMİ
Mauritsio Sarri “Atalanta”nın baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Berqamo klubunda Raffaele Palladinonu əvəzləyib.
Sarri ötən mövsüm “Latsio”ya rəhbərlik edirdi. Paytaxt klubu 54 xalla A seriyasında 9-cu yeri tutmuşdu. “Latsio” İtaliya kubokunda finala kimi irəliləsə də, həlledici görüşdə “İnter”ə uduzmuşdu – 0:2.
Qeyd edək ki, “Atalanta” başa çatan mövsümdə 7-ci olub.
Sarri buna qədər “Yuventus”, “Çelsi”, “Napoli” kimi klublara rəhbərlik edib.







