“Sauthempton” finaldan kənarlaşdırıldı - casusluq qalmaqalına görə
“Sauthempton” casusluq qalmaqalına görə İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda keçiriləcək pley-offun final matçından kənarlaşdırılıb.
Msport.az xəbər verir ki, mayın 23-də “Sauthempton”un “Uembli” stadionunda “Hall Siti” ilə qarşılaşması nəzərdə tutulub.
Həmin oyunun qalibi gələn mövsüm İngiltərə Premyer Liqasında çıxış etmək hüququ qazanacaqdı. “Sauthempton” nümayəndələri pley-offun yarımfinal oyunları ərəfəsində “Midlsbro”nun məşqlərini izləyiblər. Bundan əlavə, onların dekabrda “Oksford Yunayted”ə və apreldə “İpsviç”ə qarşı keçirilən çempionat oyunları öncəsi də rəqib komandaların məşqlərini izlədikləri bildirilib.
Qeyd olunub ki, “Sauthempton” növbəti mövsüm yenə Çempionşipdə çıxış edəcək və komandanın 4 xalı silinəcək.
Premyer Liqaya vəsiqə uğrunda keçiriləcək final görüşündə isə “Hall Siti” yarımfinalda “Sauthempton”a uduzan “Midlsbro” ilə qarşılaşacaq. Həmin oyunlar 0:0 və 1:2 hesabları ilə yekunlaşıb.







