featured-image-3227

“Şaxtyor”  ölkədəki müharibə səbəbindən UEFA Çempionlar Liqasındakı (ÇL) ev oyunlarını Polşada keçirmək istəyir.

Msport.az xəbər verir ki, bu barədə Donetsk klubunun direktoru Dario Srna “Sportowe Fakty” nəşrinə açıqlama verib.

O, bildirib ki,  “Legiya” ilə xeyriyyə matçı Polşada keçirəcəkləri son qarşılaşma olmayacaq: “Polşa Ukraynaya kömək edir. Onlara hansısa yolla təşəkkürümüzü bildirmək istəyirik. Varşava ÇL matçlarımızı keçirmək üçün ən yaxşı yer olardı”.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında 2021/2022 mövsümü vaxtından əvvəl başa çatdırılıb, “Şaxtyor” çempion elan edilib.

Bənzər xəbərlər