“Şaxtyor” “Fənər” və “Beşiktaş”la qarşılaşacaq
Ukraynanın “Şaxtyor” klubu Türkiyə komandaları ilə yoxlama oyunu keçirəcək.
Msport.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin direktoru Dario Srna yerli mətbuata açıqlamasında bildirib.
O, aprelin 13-də “Beşiktaş”, 19-da isə “Fənərbağça” ilə qarşılaşacaqlarını söyləyib. Oyunlardan əldə ediləcək gəlir Ukraynadakı müharibədən əziyyət çəkən insanlara yardım üçün xərclənəcək.