Azərbaycan Premyer Liqası: Hər iki oyunda heç-heçə - YENİLƏNDİ
Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” “Turan Tovuz”un qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Gənclik şəhəri”nin təmsilçisində 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə Roi Kehat fərqlənib. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Luis Paçu, 54-cü dəqiqədə Otto Con vurub.
“Sumqayıt” hazırda 23 xalla üçüncü, “Turan Tovuz” 16 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə “Araz-Naxçıvan” “Səbail”lə heç-heçə edib – 1:1. XV turun digər oyunları 3-4 dekabrda olacaq.
_____________________________
Azərbaycan Premyer Liqasında bu gün XV tur başlayacaq.
Msport.az xəbər verir ki, ilk oyun günündə iki matç gerçəkləşəcək.
“Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da olacaq. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədədir.
İkinci matçda “Sumqayıt” “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. Bu oyunun start fiti saat 18:30-da çalınacaq. “Gənclik şəhəri” təmsilçisi 22 xalla 3-cü, meydan sahibləri 15 xalla 8-ci yerdədir.
Azərbaycan Premyer Liqası
XV tur
16:00. “Araz-Naxçıvan” – “Səbail” – 1:1
Qollar: Məhəmməd Kadiri, 18 – Numan Kurdiç, 90+3 (avtoqol)
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
“Dalğa Arena”
18:30 “Turan Tovuz” – “Sumqayıt” – 2:2
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda keçiriləcək.







