featured-image-80481
Premyer Liqanın debütantı “Şəfa” növbəti transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, paytaxt klubu müdafiəçi Maudo Lamine Jarjue ilə 2 illik müqavilə imzalayıb.
Bu, 28 yaşlı qambiyalı futbolçunun Azərbaycana ilk gəlişi deyil.  O, daha əvvəl “Səbail”in şərəfini qoruyub.
Jarjue peşəkar karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. O,  “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveçin “Sandefyord” komandalarında çıxış edib.
Maudonun son komandası  Şimali Makedoniya təmsilçisi “Struqa” olub.

Bənzər xəbərlər