featured-image-38138

“İnanıram ki, millimiz Estoniyadan yaxşı nəticə ilə qaydacaq”.

Bu sözləri Msport.az saytına açıqlamasında Futbolun İnkişafı Fondunun Himayəçilər Şurasının üzvü Yunis Hüseynov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmaları ilə keçirəcəyi oyunlar barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis bildirib ki, Estoniya ilə matçda qrupdakı bərabər səviyyəli iki komandanın mübarizəsi olacaq: “Düşünürəm ki, səfərdə mütləq qalib gəlməliyik. Düzdür, Bakıda bu rəqiblə heç-heçə etmişdik. Bununla belə, hesab edirəm ki, Estoniyada qələbə qazanmaq olar”.

Hüseynov Avstriya ilə Bakıda keçiriləcək görüşə də toxunub: “Bu komanda qrupda favoritlərdən biridir. Odur ki, bir az çətinlik olacaq. Doğrudur, Bakıda Belçikaya qarşı yaxşı oynamışdıq. Məğlubiyyətə baxmayaraq, yığmamız pis təsir bağışlamamışdı. İnanaq ki, Avstriya ilə oyundan xal götürə biləcəyik. Amma dediyim kimi, asan olmayacaq”.

Qeyd edək ki, oktyabrın 13-də səfərdə Estoniyanın qonağı olacaq millimiz 3 gün sonra Avstriyanı qəbul edəcək.

Bənzər xəbərlər