featured-image-1816

“Liverpul”un hücumçusu Luis Dias klubunun bu mövsüm 4 titul qazana bilməsi haqqında danışıb. Merssisaydlılar artıq İngiltərə Liqa kubokunu qazanıblar və digər 3 turnirdə də – Çempionlar Liqası, Premyer Liqa, FA Cup mübarizəni davam etdirirlər.

Msport.az “Liverpul”un rəsmi saytına istinadən xəbər verir ki,  forvard hər görüşdə qələbəyə oynadıqlarını deyib: “Bilirik ki, mövsümün sonuna kimi hər matçda qalib gəlməliyik. Həm də səhv etməyə haqqımız yoxdur. Hər yarış, hər titul bir-birindən fərqlənir. Bu turnirlərdəki hər oyun da fərqli keçir. Biz hər oyuna final kimi yanaşırıq və bilirik, nə etmək lazımdır.

Ümid edirəm ki, bu cür yaxşı çıxış edə biləcəm ki, komandanın da işləri qaydasında olsun”.

Dias “Liverpul”a yanvarda “Portu”da 67 milyon avroya keçib. O, İngiltərə klubu ilə 5 illik müqavilə bağlayıb.

Bənzər xəbərlər