featured-image-2718

İspaniyanın “Selta” klubunun hücumçusu Santi Mina 4 il müddətinə azadlıqdan məhrum olunub.

Msport.az “AS”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu cinsi təcavüzdə ittiham olunur. Almeriya məhkəməsi ispaniyalı forvarda 4 illik həbs cəzası verib. Mina həmçinin 50 min avro məbləğində təzaminat ödəyəcək. Bundan əlavə o, 12 il ərzində zərərçəkmiş şəxsə 500 metrdən çox yaxınlaşa bilməz.

Hadisə 2007-ci ildə Mina “Valensiya”da çıxış edərkən baş verib. O, dostu David Qoldarın furqon avtomobilinə daxil olanda onu qızla görüb. Mina qıza deyib ki, xoşuna gəlir və onu istəyir. Zərərçəkən bundan imtina edib. Maşından düşən futbolçu yenidən qayıdıb və seksual hərəkətlər edib.

“Selta”nın forvardı qərarla bağlı appelyasiya şikayəti verib. Santi qızla cinsi əlaqədə olduğunu təkzib etməsə də, hər şeyin qarşılıqlı razılıqla gerçəkləşdiyini deyib.

Santi Mina 2019-cu ilin yayından “Selta”da çıxı edir.

Bənzər xəbərlər