Seneqal millisi Mendini itirdi
Seneqal yığmasının qapıçısı Eduard Mendi dünya çempionatının qrup mərhələsinin III turunda İraqla qarşılaşmanı zədə səbəbindən buraxacaq.
Msport.az xəbər verir ki, o, zədəsinin xarakterinin müəyyənləşdirilməsi üçün əlavə tibbi müayinədən keçəcək.
34 yaşlı qapıçı Norveçlə matçda (2:3) sol dizindən zədə alaraq 63-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Afrika təmsilçisinin İraqla oyunu iyunun 26-da baş tutacaq.







