Senesi Argentina millisinə çağırıldı
“Tottenhem”in müdafiəçisi Markos Senesi 2026-cı il dünya çempionatı üçün Argentina millisinə çağırılıb.
Msport.az xəbər verir ki, milli komandanın mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.
29 yaşlı futbolçu heyətdə zədəli olan “Marsel”in müdafiəçisi Leonardo Balerdini əvəz edəcək. Senesi Argentina millisində üç yoldaşlıq oyununda iştirak edib.
Ötən mövsüm müdafiəçi “Bornmut”da oynayıb. O, bütün yarışlarda 39 oyunda meydana çıxıb və beş məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.







