Sergen Yalçın "Beşiktaş"dan göndərildi - RƏSMİ
“Beşiktaş” baş məşqçisi Sergen Yalçınla yollarını ayırdığını açıqlayıb.
Msport.az xəbər verir ki, bu qərar klub prezidenti Serdal Adalı ilə mütəxəssis arasında baş tutan toplantıdan sonra qəbul olunub.
“Qara qartallar” 52 yaşlı məşqçinin rəhbərliyi altında mövsümü 4-cü sırada tamamladı, Türkiyə kubokunda isə yarımfinalda mübarizəni dayandırdılar.
Qeyd edək ki, müqaviləyə qarşılıqlı razılıq yolu ilə xitam verilib. O, 2025-ci il avqustun 30-da İstanbul klubunun “sükanı” arxasına keçmişdi. Sergen buna qədər 2020-2021-ci illərdə də “Beşiktaş”ı çalışdırıb.







