Sergey Rebrov Azərbaycan millisi haqda danışdı
“Rəqiblər güclüdür, amma qrupdakı matçlarda xal almaq mümkündür”.
Msport.az xəbər verir ki, bunu Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov ölkəsinin mətbuatına açıqlamasında DÇ-2026-nın seçmə mərhələsi barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis Fransa və İslandiya barədə müsbət fikirlər səsləndirib. O, Azərbaycan millisini də unutmayıb: “Qrupun favoriti Fransa yığmasıdır. Həmçinin İslandiyada da oynamaq çətindir. Çünki onlar evdə çox güclü çıxış edirlər və bir çox futbolçuları Top-liqalarda mübarizə aparır. Eyni zamanda Azərbaycan yığması da azarkeşlərini sevindirməyə çalışacaq. Azarkeşlər bizdən yaxşı oyun gözləyirlər. Bunun üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, millimizin Ukrayna ilə oyunları sentyabrın 9-da evdə, oktyabrın 13-də isə səfərdə olacaq.