Serxio Ramosu ağır cəza gözləyir - Hakimi söydüyü üçün
PSJ-nin futbolçusu Serxio Ramosu hakimi təhqir etdiyi üçün ağır cəza gözləyir.
Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi Liqa-1-də “Reyms”lə görüşdə (0:0) bir dəqiqə ərzində sarı və qırmızı vərəqə alıb.
Oyunun baş hakimi Pyer Qellust protokolda ispaniyalı futbolçunun onun qərarına etiraz etdiyini yazıb. Lakin referi təhqir olunması barədə qeyd aparmayıb.
“Canal+” televiziyasının görüntülərinə əsasən müəyyən olunub ki, Ramos hakimin ünvanına “puta madre” (fahişə balası) ifadəsi işlədib.
“Real”ın sabiq futbolçusunu aqressiv davranışa görə, 2-7 oyun arası cəza gözləyir. İntizam Komitəsi məsələyə çərşənbə günü axşam baxacaq.