featured-image-5755

UEFA top klublar üçün 2024-cü ildən yeni yay turniri təşkil etmək niyyətindədir.

Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, Çempionlar Liqasının son qalibi olmaqla 4 komanda mübarizə aparacaq. Digər 3 klubun hansı prinsip əsasında seçiləcəyi hələ ki məlum deyil. Yarış “dördlər finalı” formatında təşkil olunacaq. İlk turnirin ABŞ-da keçirilməsi gözlənilir.

Çempionlar Liqasının qalibi UEFA Superkuboku matçında iştirak etməyəcək.  Həlledici görüşdə Avropa Liqasını qazanan komanda ilə Konfrans Liqasının qalibi üz-üzə gələcək.

Bənzər xəbərlər