Solbakken şotlandları ittiham etdi: "Bu, qeyri-peşəkarlıqdır"
Norveç millisinin baş məşqçisi Stiv Solbakken Şotlandiya yığmasını yoldaşlıq oyunundan imtina etməsinə görə tənqid edib.
Msport.az xəbər verir ki, bu komandalar arasında qapalı yoxlama görüşü iyunun 9-da Şarlottada olmalı idi.
Solbakkenin sözlərinə görə, qarşı tərəfin addımı çox gözlənilməz olub:
“Bu Şotlandiya tərəfindən çox qeyri-peşəkar addım oldu. Qeri-peşəkar ona görə ki, baş məşqçi mənə zəng eləmədi, bunu komandanın menecerinə tapşırdı ki, bizimlə əlaqə saxlasın.
İnanmıram ki, bunun səbəbi onların dediyi kimi son məşqdən sonra baş verən zədələrdir. Bu, belə deyil. Təəssüf doğurur, qeyri-peşəkarlıqdır. Lakin biz bununla yaşamalı olacağıq”.







