SON DƏQİQƏ: Paraqvay Futbol Federasiyası Bellinqemdən şikayət etdi
Paraqvay Futbol Federasiyası İngiltərə millisinin üzvü Cud Bellinqemlə bağlı FİFA-ya şikayət edib.
Msport.az xəbər verir ki, buna səbəb dünya çempionatında İngiltərə – Qana oyununda baş verən hadisədir.
Belə ki, epizodların birində Bellinqem ağzını əli ilə tutaraq Cordan Ayuya nəsə deyib. Bu isə yeni qaydalara əsasən, qırmızı vərəqədir. Lakin oyunun baş hakimi Bellinqemi cəzalandırmayıb.







