featured-image-6831

“Qalatasaray” “Kalyari”nin hücumçusu Joao Pedronun transferi ilə bağlı ilkin razılıq əldə edib. Msport.az xəbər verir ki, jurnalist Nikolo Şkira bu barədə məlumat yayıb.

30 yaşlı futbolçu 2014-cü ildən İtaliyanın “Kalyari” klubunun formasını geyir.  Əslən Braziliyadan olan forvard bu il İtaliya millisində debüt edib. Pedro son mövsüm “Kalyari”də 39 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə verib.

Joao Pedro ilə “Torino”, “Monza”, “Salernitana” komandalarının maraqlanması barədə də xəbər yayılmışdı.

 

Bənzər xəbərlər