featured-image-7510

“Mançester Siti”nin hücumçusu Rəhim Sterlinqin “Çelsi”yə keçməsi ilə bağlı xəbər yayılıb.

Msport.az xəbər verir ki, “The Telegraph” bu iddianı gündəmə gətirib. Məşhur insayder Fabritsio Romano da forvardın artıq London klubu ilə ortaq məxrəgə gəldiyini yazıb. Onun sözlərinə görə “zadıganlar” iyundan bu transfer üzərində işləyir və baş məşqçi Tomas Tuhel üçün bu, həmişə prioritet məsələ olub.

“Mançester Siti” Qabriel Jezus və Sterlinqin satışından 100 milyon funt qazanmağı planlaşdırırdı. “Siti”nin Sterlinqin satışından təxminən 45 milyon funt əldə edəcəyi gözlənilir.

Transferin 24 saat ərzində açıqlanması gözlənilir.

Bənzər xəbərlər