Son mövsümün ən yaxşı futbolçusu ilə yeni müqavilə
Almaniyanın “Leypsiq” klubu yarımmüdafiəçisi Kristofer Nkunku ilə müqavilənin müddətini uzadıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı fransalı ilə yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-na kimi hesablanıb.
24 yaşlı Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, 34 matçda 20 qol vurub və 15 məhsuldar ötürmə edib.