"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
“Kəpəz” Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, oyundan sonra Gəncə klubunun baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:
– Bizim üçün çətin oyun oldu. “Karvan-Yevlax”ın mübariz oyun göstərəcəyini bilirdik. Gördük ki, səfərdə azarkeşlərin qarşısında oynamaq nə qədər çətindir. Maraqlı matç oldu. Çoxlu qol epizodları yaratdıq. Təəssüf ki, bunları reallaşdırmaqda problemimiz var.
– Sizcə, oyunun qırılma nöqtəsi hansı məqam idi?
– Ümid Səmədovun topu qapı xəttindən çıxarması oldu. O andan sonra futbolçularda daha çox inam yarandı. Daha sonra istədiyimiz qolu vurduq. Bunu birinci hissədə etməliydik. Çünki daha çox epizodlar yaratdıq. Təcrübəsizlik öz sözünü deyir.
– Ev oyunlarınızı Yevlaxda keçirəcəksiz. Meydançanın ot durumu necədir?
– Birinci oyun üçün örtük pis deyildi. Burda oynamağımızın səbəbi məsafənin yaxın olmasıdır. Gəncədən Qəbələyə 3 saatlıq yoldur. Yevlaxa isə 40-45 dəqiqə. Adaptasiyaya ehtiyac olmur.
– Sonuncu pillədən qurtulduz. Bundan sonra məqsəd nə olacaq?
– Hər oyunda xallar üçün mübarizə aparacağıq. Düşünürəm ki, daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik. Sonuncu pillədən qurtulmaq şərt deyil.(sportal.az)







