featured-image-2125

“Napoli”nin baş məşqçisi Luçano Spalletti yayda istefaya göndərilə bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira tviterdə paylaşım edib. Onun sözlərinə görə, klubun prezidenti Aurelio De Laurentis komandanın son nəticələrindən və inkişaf strategiyasından narazıdır.

Spallettinin əvəzləyicisi kimi bir neçə məşqçinin namizədliyi nəzərdən keçirilir. Bunlar Vençentso İtalyano, Can Pyero Qasperini və Robert De Dzerbidir.

“Napoli” 34 oyundan sonra 67 xalla turnir cədvəlində 3-cü yeri tutur. Amma Neapol klubu demək olar ki, çempionluq şansını əldən verib.

63 yaşlı Spallettinin “Napoli” ilə müqaviləsi 2024-cü ilin iyununa kimi nəzərdə tutulub.

Bənzər xəbərlər