featured-image-3138

“Napoli”nin prezidenti Aurelio De Laurentis baş məşqçi Luçano Spallettinin baş məşqçi postunda qalacağını deyib.

Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, Neapol klubu bu mövsüm A seriyasında çempionluq mübarizəsindən kənarda qalsa da, Spallettiyə yenidən iş birliyi təklif olunacaq:

“Spalletti yüksək səviyyəli məşqçidir. Onun müqaviləsi var. Mən həmişə deyirdim ki, bu 2 illik müqavilə olsa da, 3-cü mövsüm də uzadılması mümkündür. Spalletti burda qalacaq.

Səkkiz ay ərzində müsahibə vermədim, bu müddət ərzində məşqçini insan kimi tanımalı idim. Məncə, o əla məşçidir, insan kimi isə ciddi insandır. Bu iki keyfiyyət məni düşünməyə vadar edir ki, yenidən seçimdə hədəfə düşmüşəm”.

Qeyd edək “Napoli” gələn mövsüm Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb.

Bənzər xəbərlər