featured-image-5378

Rusiyanın “Spartak” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva klubunu Qilyermo Abaskal çalışdıracaq. 33 yaşlı ispaniyalı mütəxəssis “Bazel”ə İsveçrə çempionatının gümüş medalını qazandırıb.

Abaskal “Barselona” və “Sevilya”nın yetirməsi olsa da, peşəkar səviyyədə çıxış etməyib.

Məşqçi karyerasına “Sevilya”nın uşaq komandasında başlayan Abaskal daha sonra İsveçrənin “Kyassso” və “Luqano”, İtaliyanın “Askoli” və Yunanıstanın “Volos” klublarında işləyib. Abaskal ilin əvvəlində “Bazel”in sükanı arxasına keçmişdi.

Qeyd edək ki, Paolo Vanoli dünən “Spartak”ın baş məşqçi postundan ayrılıb.

Bənzər xəbərlər