“Spartak” “Trabzonspor”un hücumçusu ilə maraqlanır
“Spartak” “Trabzonspor”un 22 yaşlı hücumçusu Felipe Auqusto ilə maraqlanır.
Msport.az xəbər verir ki, Moskva klubu braziliyalı futbolçu ilə bağlı Qara Dəniz təmsilçisinə rəsmi təklif göndərib.
Auqusto 2025-ci ilin yayından “Trabzonspor”da çıxış edir. O, bu müddət ərzində 37 oyunda 15 qol vurub.
Gənc forvardın müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt Auqustonu 10 milyon avro dəyərləndirir.







